Təhlükəsizlik sistemləri - Siqnalizasiya sistemləri 30KAS
Təhlükəsizlik sistemləri - Siqnalizasiya sistemləri

Təhlükəsizlik sistemləri - Siqnalizasiya sistemləri

1. Yanğın siqnalizasiyası

Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sisemlərinin işə salınmasıdır. Yanğın siqnalizasiyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir. Yanğın mühafizə siqnalızasiyası isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması) həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması aşağıdakılara əsaslanır:

  • avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri
  • manual yanğın xəbərvericiləri
  • avtomatik və manual yanğın xəbərvericiləri

2. Yanğın siqnalizasiyasının əsas elementləri aşağıda göstərilənlərdir:

  • Yanğından mühafizə - xəbərvericiləri
  • Mühafizə - siqnalizasiya
  • Kamera-nəzarət sistemlərinin quraşdırılması və internet vasitəsi ilə nəzarət edilməsi.
  • Audio-video damafon sistemləri
  • Istənilən ölçülü qapı və darvazaların pultlaşdırılması
  • Qəbul-nəzarət cihazları
  • İdarəetmə cihazları
  • Xəbərvericilər
  • Məlumatların ötürülməsi sistemi
  • Retroötürücülər
  • Axırıncı pult cıhazları

Ünvanlı  yanğın siqnalizasiya sistemi yanğın siqnalizasiyasının texnikivasitələrinin toplusunu təşkil edir və yanğın zamanı ünvanlı qəbul nəzarət cihazında otaqları mühafizə edən avtomatik və manual ünvanlı yanğın xəbərvericiləri vasitəsilə “Yanğın” siqnalının avtomatik və ya manual şəkildə işə salınmasını təmin edir. 

3. Mühafizə siqnalizasıyası

“Aspek” obyektlərin kompleks mühafizəsi sisteminin yaradılmasınadək istənilən mürəkkəblik səviyyəsinə malik texniki təhlükəsizlik vasitələrinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir. Obyektlərin effektiv mühafizəsi üçün “Aspek” müasir təhlükəsizlik sistemlərini layihələndirir və tətbiq edir:

videomüşahidə sistemləri

  • girişə nəzarət sistemləri
  • mühafizə siqnalizasiyası
  • perimetrin mühafizəsi sistemləri
  • məlumatlandırma sistemləri
  • avtomatik yanğın siqnalizasiyası

Tam surətdə inteqrasiya olunmuş proqram-aparat kompleksləri istehsalat binalarının, bankların, ofis sahələrinin, məhsul anbarlarının və s. etibarlı mühafizəsini təmin edir. “Aspek” təhlükəsizlik sistemlərinin yaradılmasının bütün mərhələlərini təmin edir:

  • təhlükəsizliyin planlaşdırılması, ehtimal olunan təhlükələrin və onların qarşısının alınması üzrə müvafiq üsulların təhlili
  • sistemlərin layihələndirilməsi
  • avadanlıqların quraşdırılması

quraşdırılmış avadanlıqlarına zəmanətli və zəmanətdən sonra xidmət göstərilməsi

Teklif Al

Hizmetlerimiz hakkında daha detaylı bilgi almak için e-posta, telefon veya iletişim formumuz aracılığı ile irtibat sağlayabilirsiniz.